“Hücumçuların qol vurmağa başlaması üçün nə etməli olduğu barədə düşünmürük. Bu, hücumçular üçün yaxşı yol deyil”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Legiya”nın baş məşqçisi Marek Qolebyevski deyib. Polşa mətbuatına müsahibə verən Varşava klubunun çalışdırıcısı Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də yer aldığı hücum xətti ilə bağlı problemlərə toxunub. O, yığmamızın üzvü barədə də fikirlərini bölüşüb: “Emreli və Tomaş Pekart bir-biri ilə yarışır. İlk özünü müsbət tərəfdən göstərən müntəzəm oynayacaq. Mahir fərqli hücumçudur, sürətli və güclüdür. Tomaş havada və hər şeydən əvvəl cərimə meydançasında yaxşı oynayır, tipik 9 nömrədir. Onunla çox danışıram. Çünki ötən mövsüm 20-dən çox qol vurub. Əlbəttə ki, bunu necə edəcəyini unutmayıb. Heç də həmişə istədiyi ötürmələri ala bilmir. Bəzən topları lazım olan yerə daşıya bilmirik. Ümid edirəm ki, Mahirlə Tomaş ölkə kubokunun “Motor”la matçında bir-birinin kilidini açacaq”.
DÜNYA FUTBOLU
“Legiya”nın baş məşqçisi Emrelidən danışdı: "Mahir fərqli hücumçudur, sürətli və güclüdür"
30.11.2021 16:43
457