01.12.2021 10:30
510
Argentina millisinin sabiq futbolçusu Xavyer Maskerano məşqçiliyə başlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, “Barselona” və “Liverpul”un keçmiş yarımmüdafiəçisi ölkəsində fəaliyyət göstərəcək. 37 yaşlı mütəxəssis Argentinanın 20 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi təyin olunub. Fernando Batista Venesuela yığmasının baş məşqçisi postuna gətirilən Xose Pekermanın məşqçilər korpusuna daxil olduğundan, U-20 millisi Maskeranoya tapşırılıb.
Qeyd edək ki, Vavyer Maskerano ötən ilin noyabrında “Estudiantes”in heyətində karyerasını başa vurub.