2021-ci ilin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.
"CEMPİON.AZ" xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısında milli çempionat və kubok, qitə kubokları, yığmada ümumilikdə 27 və daha çox qol vuran 52 futbolçu yer alıb. Cədvələ Robert Levandovski başçılıq edir. Polşa millisinin və “Bavariya”nın hücumçusu arxada qalan 11 ayda 64 qol vurub. Kilian Mbappe ikinci, Erlinq Haland 3-cüdür. Son vaxtlar özünün və komandasının adı qalmaqalda səslənən Kriştiano Ronaldo 4-cü, Kərim Benema isə ilk 5-ci olub.
1. Robert Levandovski - 64
2. Kilian Mbappe - 45
3. Erlinq Haland - 44
4. Kriştiano Ronaldo - 43
5. Kərim Benzema - 43
6. Qabriel Barbosa - 43
7. Harri Keyn - 41
8. Lionel Messi - 41
9. Mohamed Abdel Rahman - 40
10. Memfis Depay – 39