01.12.2021 14:36
482
Böyük idmanla bağlı xeyli mahnılar yazılıb, lakin epoxal hit olan "We Are the Champions" mahnısı onların hamısından fərqlənir. Çünki bu mahnı bir ölkənin, bir komandanın deyil, sərhədlər aşaraq bütün dünyanın musiqi simvoluna çevrilib və çempionların himni olaraq yaddaşlarda qalıb. Bəs milyonların sevimlisinə çevrilən həmin hit necə yaranıb?
Müxtəlif formalı idman sənayesini və coşqun rok mədəniyyətini özündə birləşdirən şedevr, zərgərlik pafosu necə yaradılmışdır?
Əfsanəvi kompozisiya 1977-ci ildə " News of the World " ("Dünya xəbərləri") albomuna daxil edilib. Kompozisiyanın yaranması " Queen" musiqi qrupunun gitaraçısı Brayan Mey tərəfindən təsdiqlənmiş bir hekayə ilə əlaqələndirilir. Bu hekayəyə əsasən, mahnının yazılmasına qrupun konsertlərinin birində tamaşaçıların reaksiyası ilham verib. Belə ki, musiqiçilər Staffordda çıxış edərkən "Liverpul" azarkeşlərin himni sayılan "You'll Never Walk Alone" mahnısını səsləndirirlər, həmin vaxt tamaşaçılar da onlara dəstək olur.
Səhnə ulduzları birgə ifadan sonra gözəl bir təəssürat əldə edir. Bundan sonra qərara gəlinir ki, onlar da öz şəxsi mahnılarını yazsınlar. Məqsəd azarkeşlərlə daha da yaxın olmaq məqsədi daşıyırdı.
Nəhayət qrupun ərsəyə gətirdiyi mahnı dillər əzbəri oldu. Maraqlı məqam o idi ki, mahnının qurucuları futbol dünyasından uzaq idilər. Mahnının "biz çempionuq" və "itirənlər üçün vaxt deyil" ifadələri azarkeşlər arasında narazılıq yaratdır, amma bu nəticəni dəyişmir. Mahnı getdikcə hit paradlarda birinci yeri tutur və bu yeri heç bir mahnıya verimir.
1977-ci ildə "We are Champions"a klip çəkilir. Konsert videosu ilə yanaşı çəkilişdə azarkeşlər də iştirak edirlər, hansılar ki, futbol azarkeşlərinin manerasına uyğun şarflar yelləyirdilər.
"We are Champions" 1994 — cü ildə futbol üzrə dünya çempionatının rəsmi himninə çevrilir. Sonradan müxtəlif yarışlarda dəfələrlə, bir qayda olaraq, qaliblərin mükafatlandırılması zamanı səsləndirilir. 2011-ci ildə bir qrup alim bu əsəri tarixdə ən yaddaqalan melodiya və "ideal mahnı eliksiri" adlandırır.
Aygün Zayıdova