01.12.2021 15:06
430
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” bu gün Polşa kubokunda 1/8 final matçına çıxacaq.
"CEMPİON.AZ" xəbər verir ki, “Motor”la keçiriləcək səfər qarşılaşması 24 yaşlı forvard üçün risk sayılır. Polşa mətbuatı Lublindəki görüşdə sarı vərəqə alacağı təqdirdə Mahirin cəzalı duruma düşəcəyini və 1/4 final matçını buraxacağını yazıb. Forvard 1/16 finalda “Svit”lə görüşdə sarı vərəqə alıb. Onunla yanaşı, komandanın daha 4 əcnəbi futbolçusu vərəqə limitini doldurmaq riski ilə üz-üzədir.
Qeyd edək ki, “Motor” – “Legiya” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.