çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

"CR7 həmişə tarixin ən yaxşısı olacaq " - fanat Messinin "Qızıl top"a sahib olmasına etiraz edib

01.12.2021 17:04 Oxundu 562


Kriştiano Ronaldo sevərlərdən biri "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının 7-ci dəfə sahibbinin PSJ-nin hücumçusu Leonel Messinin olmasına etiraz edərək instaqramda "Kriştiano Ronaldo bu il" başlığı altında paylaşım edib.
"CEMPİON.AZ"
xəbər verir ki, paylaşımın şərh bölməsinə portuqaliyalı əfsanə "Fakt" yazaraq öz mövqeyini bildirib. Sözügedən instaqram paylaşımında istifadəçi Ronaldonun 6-cı yerdə olmasına etiraz edərək, bu il Robert Levandovskinin daha məhsuldar oyun keçirdiyini bildirib. Bundan sonra fanat Messinin bu il keçirdiyi passiv oyunlardan danışıb:
"O, məhsuldar mövsüm keçirməyə bilər, amma onlar həmişə ona üstünlük və mükafat vermək üçün bir yol tapacaqlar. Oğurluq... Kir... Ayıb... Sadəcə təəssüf... Kifayət qədər intellektə malik olan hər kəs əsl layiq olanların kim olduğunu bilir. Onu qazanmadan mükafatlar almaq yalançı xoşbəxtlikdir, qürursuzluqdur. Bu mükafatlardan asılı olmayaraq, CR7 həmişə tarixin ən yaxşısı olacaq!"
Qeyd edək ki, cr7.o_lendario adlı instaqram istifadəçəsi Kriştiano Ronaldo bu mövsümdə əldə etdiyi uğurları bu ardıcıllıqla qeyd edib: " Bu il Ronaldı "İtaliya Kuboku", "İtaliya Super Kuboku", "Avrokubokların bombardiri", "İtaliya çempionatının bombardiri", "2020/21 mövsümündə "Yuventus"un bombardiri", "2021/22 mövsümündə "Mançester Yunayted"in bombardiri", "Futbol tarixində rəsmi qollarda ən çox qol vuran oyunçu", "Dünyanın bütün komandaları tarixində ən böyük qol vuran oyunçu", "Dünyanın bütün komandaları tarixində ən böyük qol vuran oyunçu" olub. Çempionlar Liqasında ildə 43 qol, 5 oyunda 6 qol, hamısı həlledici və yaşından asılı olmayaraq möcüzələr yaratmağa davam edən, eləcə də dünyanı ən çox heyran edən oğlandır".