çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

"Liverpul" Mersisayd derbisində "Everton"u məğlub etdi

02.12.2021 09:28 Oxundu 465


Premyer Liqanın 14-cü turunda "Liverpul" Mersisayd derbisində "Everton"a qalib gəlib.
"CEMPİON.AZ" 
xəbər verir ki, İngiltərə çempionatının 14-cü turunda "Liverpul"un futbolçuları Mersisayd derbisində "Everton" üzərində böyük hesablı qələbə qazanıb. Ötən gün "Qudison Park"da keçirilən görüş 4-1 hesabı ilə Enfild qonaqlarının xeyrinə başa çatıb. Qaliblərdən Mohamed Salah dubla (19-cu və 64-cü dəqiqələrdə), Cordan Henderson (9) və Diogo Jota (79) da topa imza atıb. Meydan sahiblərinin heyətində Demaray Qrey (38) fərqlənib.
Günün digər oyununda isə “Mançester Siti” səfərdə “Aston Villa”nı Ruben Dias (27) və Bernard Silvanın (43) qolları sayəsində 2:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin qapısına Olli Uotkins 47-ci dəqiqədə topu daxil edib. 
Hazırda 
"Mançester Siti"nin 32 xalı var və Premyer Liqada lider "Çelsi"dən 1 xal geri qalaraq ikinci yerdə məskunlaşıb. “Liverpul” üçüncü yerdədir və londonlulardan iki xal geri qalır. “Aston Villa” (16 xal) 13-cü, “Everton” (15) isə 14-cü yerdədir.