Polşa kubokunda 1/8 final mərhələsi davam edir.
"CEMPİON.AZ" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Legiya” bu raundda səfər matçına çıxıb.
Varşava təmsilçisi Lublində daha bir aşağı liqa klubu “Motor”un qonağı olub. Mahirin ehtiyatdan başladığı qarşılaşmanın ilk yarısında ev sahibləri hesabı açıb. Yerli komanda azarkeşlərinin tribunada pirotexniki vasitələr yandırması görüşün bir neçə dəqiqə dayandırılmasına səbəb olub. Fasilədən dərhal sonra yığmamızın forvardı meydana daxil olub. Baş məşqçi Marek Qolebyevskinin ardıcıl əvəzləmələri tezliklə öz bəhrəsini verib. Əvvəlcə 56-cı dəqiqədə Lukinyasla status-kvonu bərpa edən “Legiya” 73-cü dəqiqədə Şimon Vlodarçikin qolu sayəsində önə keçib. Bu, həm də matçın yekun nəticəsini müəyyənləşdirib və “Legiya” 2:1 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.
DÜNYA FUTBOLU
Mahir 1/4 finalda
02.12.2021 11:49
533