02.12.2021 11:00
437
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclasında Canni de Byazinin taleyinə aydınlıq gətiriləcək.
"CEMPİON.AZ" xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə;
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat);
3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi;
4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması;
5. Digər məsələlər.