Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) yeni mükafat təsis edib.
"CEMPİON.AZ" xəbər verir ki, federasiya ilin ən yaxşı gənc futbolçusu ilə bağlı sorğu keçirib. Səsvermə zamanı 20 yaşadək oyunçuların 2021-ci ildəki performansı dəyərləndirilib. Nəticədə İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedri mükafatın ilk qalibi olub. O, ən yaxın izləyicisi olan almaniyalı Camal Musialanı böyük fərqlə üstələyib.
1. Pedri (İspaniya / “Barselona”) – 105 xal
2. Camal Musiala (Almaniya / “Bavariya”) – 45
3. Erik Qarsiya (İspaniya / “Mançester Siti”-“Barselona”) – 20
4-5. Meyson Qrinvud (İngiltərə / “Mançester Yunayted”) – 15
Eduard Kamavinqa (Fransa / “Renn”-“Real”) - 15
Qeyd edək ki, qadınlar arasında ən yaxşı gənc futbolçu adına Hanna Bennison layiq görülüb. “Everton”un isveçli oyunçusu 45 xal toplayıb.