02.12.2021 12:26
470
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci ilin dekabr ayı üçün olan reytinq siyahısını açıqlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, siyahıda Əlireza Firuzca yalnız hesabında 2855 xalı olan Maqnus Karlsendən geri qalıb. İran əsilli şahmatçı İsveçrədəki qələbəsi və Avropa Komanda Çempionatında göstərdiyi nailiyyətləri sayəsində hesabını 2770 xaldan 2804-ə (+34) qaldırıb. Bu da onu dünya ikincisi və hesabı 2800-ü keçən ən gənc oyunçu etməyə kifayət edib. Siyahıda qrossmeysterimiz Şəhriyar Məmmədyarovun da adı var. Belə ki, həmyerlimiz siyahıda 9-cu yerdə qərarlaşıb.
FIDE-nin siyasındakı ardıcıllığı 2799 xalla Dinq, 2792 (+1) xalla Karuana, 2782 xalla Nepomniaççi, 2772 (-10) xalla Aronian, 2772 (-2) xalla Qiri, 2772 xalla So, 2767 (+2) xalla Şəhriyar Məmmədyarov, 2767 (-9) xalla Qrişçuk davam etdirir.
Qadınlar arasında həmyerlilərimizdən heç kəsin adı olmasa da, siyahıda liderliyi 2658 xalla Hou Yifan edir. İkinciliyi 2610 xalla Qoryaçkinan, üçüncülüyü isə 2586 xalla Konerun davam etdirir.
Siyahıda bu il qadınlar arasında "Grand Swiss" yarışmasının qalibi Ley Tinze də yer alıb. Onun hesabında 2535 (+30) xal var. Bu xalla şahmatçı 7-ci yerdə məskunlaşıb.