çərşənbə, 27 noyabr 2024

BİZİM FUTBOL

Byazi ilə müqavilənin müddəti uzadıldı 

02.12.2021 13:15 Oxundu 435

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
"CEMPİON.AZ"
xəbər verir ki, toplantıda Azərbaycan millisinin baş məşqçisi məsələsinə aydınlıq gəlib. Canni de Byazinin hesabatı dinlənildikdən sonra assosiasiya italiyalı mütəxəssisin postunda qalmasını qərara alıb. 65 yaşlı mütəxəssislə sözləşmə müddəti 2022-ci ilin oktyabrına qədər uzadılıb. Həmçinin baş məşqçiyə növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməsi tapşırılıb.