çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Türkiyə futbolunda taixi anlar: Hər iki qapıçısı qovulan komandaya hücumçu qolkiperlik etdi - VİDEO

02.12.2021 14:40 Oxundu 414

Türkiyə Kubokunun 4-cü turu çərçivəsində keçirilən “Hatayspor” - “Eyüpspor” qarşılaşmasında maraqlı hadisə yaşanıb.
"CEMPİON.AZ"
xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində qonaqlar penalti zərbəsi ilə önə keçmək şansını əldən verib. Lakin hücumlarını artıran “Eyüpspor” 19-cu dəqiqədə E.Keskinin qolu ilə hesabı açmağa nail olub.
74-cü dəqiqədə meydan sahibləri F.Kurucukun baş zərbəsi ilə hesabı bərabərləşdirib.
Ancaq oyunun maraqlı hissəsi bundan sonra başlayıb. Oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə ev sahiblərinin qapıçısı A.Yiğiter qırmızı vərəqə alaraq meydandan qovulub. Əvəzetmə limitinə çatıldığı üçün “Hatayspor”un qapısı hücumçu Mame Diufa həvalə olunub.
Oyunun əlavə vaxtında dəyişiklik haqqından istifadə edən Hatay təmsilçisi ehtiyat qapıçını meydana buraxıb. Oyunun 2-ci əlavə hissəsinin son dəqiqəsində qonaqlar növbəti dəfə qapıçı ilə üz-üzə gəlmək şansı əldə edib. Meydana sonradan daxil olan qapıçı Y.B.Boyar cərimə meydançasından kənarda yüz faizlik qol şansının qarşısını kobudluqla aldığına görə qırmızı vərəqə alıb.
Qarşılaşmanın əsas vaxtı bərabərliklə bitdiyinə görə qalibi müəyyən etmək üçün 11 metrlik cərimə zərbələri yerinə yetirilib. Oyun ərzində ikinci dəfə qapıçı əlcəklərinə sahib çıxan hücumçu Mame Diuf ev sahibləri adına topa ilk yaxınlaşan futbolçu kimi zərbəni qola çevirib. Bundan sonra isə hücumçu məharətini qapıda nümayiş etdirməyə başlayıb.
Yekunda penaltilər seriyasında 5-4 hesabı ilə qalib gələn oyunu 9 futbolçu ilə başa vuran və qapısını hücumçusu qoruyan “Hatayspor” olub.