02.12.2021 15:40
619
Qadın və kişilərdən ibarət Azərbaycan milli komandaları Avropa Liqası yarışlarında mübarizə aparacaq.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə məlumatı Avropa Voleybol Konfederasiyası (CEV) yayıb.
Baş məşqçiləri bilinməyən yığmalarımız səviyyəsinə uyğun turnirdə mübarizə aparacaq. CEV-in açıqladığı siyahıya əsasən qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamız Gümüş Avropa Liqasında gücünü yoxlayacaq.