02.12.2021 16:44
585
Ali Şahmat qurumunun (FİDE) dekabr ayı üçün açıqladığı yeni reytinq cədvəlində ABŞ-nın ən güclü şahmatçılarından biri hesab olunan Hikaru Nakamuranın adına rast gəlinməyib.
"CEMPİON.AZ" xəbər verir ki, buna səbəb onun son iki il ərzində şahmatın klassik növü üzrə heç bir rəsmi partiyanın keçirməməsidir. FİDE-nin pandemiya dövründə tətbiq etdiyi qaydalarına görə, əgər bir şahmatçı iki il ərzində heç bir rəsmi oyun keçirmirsə, onun reytinqi avtomatik olaraq dondurulur və şahmatçının adı müvəqqəti olaraq reytinq cədvəlindən çıxarılır. Qeyd edək ki, pandemiyadan öncə bu müddət bir il idi. Buna baxmayaraq Hikaru Nakamuranın adı Rapid və Blitz üzrə reytinq cədvəlində qalır. Nakamura Rapiddə 2836 xalla 3-cü, Blitzdə isə 2884 xalla 2-cidir.