03.12.2021 10:52
438
Maykl Karrik 15 ildən sonra sevimli komandası “Mançester Yunayted”də fəaliyyətini zirvədə buraxaraq tərk edib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə ingilis mütəxəssis Karrik özü məlumat verib.
Baş məşqçi Ole-Qunnar Sulşerin istefaya göndərilməsindən sonra bu vəzifəni müvəqqəti icra edən Karrik Premyer Liqa klubundan ayrılıb. “Arsenal” üzərində 3:2 hesablı qələbə onun əvəzləyici postunda son matçı olub.
Qeyd edək ki, ingilis mütəxəsssis ralf Rankinqin məşqçilər korpusunda yer almayacaq. Karrik 2006-18-ci illərdə "Qırmızı şeytanlar"ın tərkibində futbolçu, 2018-21-ci illərdə isə məşqçi kimi klubun tərkibində faəliyyət göstərib.