03.12.2021 11:10
482
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo karyerasında 800-cü qoluna imza atıb.
"CEMPİON.AZ" xəbər verir ki, portuqaliyalı hücumçu İngiltərə çempionatının 14-cü turunun “Arsenal”la görüşündə fərqlənib. Ötən günkü oyunda Ronaldo daha sonra penalti zərbəsi ilə yenidən fərqlənib. Bununla da Ronaldo hesabına 801-ci qolunu yazdıraraq “Mançester Yunayted”i 3-2 hesabı ilə irəli çıxarıb.
36 yaşlı futbolçu "Mançester Yunayted"in heyətində 129-cu qolu vurub. Əfasnəvi futbolçunun Portuqaliya “Sportinq”ində 5, İspaniya “Real”ında 450, İtaliyanın “Yuventus”unda 101, Portuqaliya millisində isə 115 qolu var. Ümumilikdə Ronaldo 1097 oyun keçirib.
Portuqaliyalı forvard beşqat “Qızıl top”un qalibidir. Ronaldo milli komandalar tarixinin bombardiri, Avropa çempionatlarının bombardiri, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı və Real Madrid tarixində ən çox qol vuran futbolçudur. Portuqaliya millisi ilə birlikdə Ronaldo Avropa Çempionatının (2016) və Millətlər Liqasının (2019) qalibi olub, Avropa çempionatlarında da gümüş və bürünc medallara sahib olub.
Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) və İdman Statistikaları Fondunun (RSSSF) daxil olduğu bir çox statistik resurslara görə, bu göstərici üzrə rekordçu Avstriya və Çexoslovakiyalı hücumçu Yozef Bikandır (805 qol).