çərşənbə, 27 noyabr 2024

BİZİM FUTBOL

"Qarabağ"-"Omoniya" oyunundakı qol yenidən gündəmə gəlib - UEFA sorğu keçirir

03.12.2021 13:28 Oxundu 434


“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində “Omoniya” ilə Bakıdakı oyununda meydanın mərkəzindən buraxdığı qol növbəti dəfə gündəmə gəlib.
"CEMPİON.AZ"
xəbər verir ki, UEFA həmin görüşün son dəqiqələrində Xordi Qomesin vurduğu topla bağlı sorğu keçirir.
Qitə futbol qurumunun Konfrans Liqası instaqram səhifəsində V turun iki qolu səsverməyə çıxarılıb. Digəri isə Kiprin turnirdəki digər təmsilçisi “Anortosis”in “Gent”ə vurduğu qoldur. Lazaros Kristodolopulos 27-ci dəqiqədə meydanın mərkəzindən fərqlənərək, “Anortosis”ə 3 xal qazandırıb. Kiprlilərin bu iki qolu arasında ən yaxşısı azarkeşlər arasında aparılan səsvermədən sonra müəyyənləşəcək.
Qeyd edək ki, “Omoniya” ilə qollu bərabərlik (2:2) son tur öncəsi “Qarabağ”ın qrupda ikinci pilləyə düşməsinə səbəb olub.