03.12.2021 13:37
466
"Mançester Yunayted"in hücumçusu Edinson Kavani mövsümün sonunda "Barselona"ya keçməyi planlaşdırır.
"CEMPİON.AZ" xəbər verir ki, müqaviləsi keçən mövsümün sonunda 1 illik uzadılan 34 yaşlı oyunçunun müqaviləsi kampaniyanın sonunda (iyulda) başa çatır. Kavani bu müddətdə cəmi 1 dəfə qol vurub və indiyədək cəmi 5 matçda zədəli olub.
Bildirilir ki, kataloniyalılar keçən yay Lionel Messinin gedişindən sonra Kavani ilə maraqlanıblar, lakin Yunayted təklifləri rədd edib.
Qeyd edək ki, uruqvaylı beynəlxalq oyunçunun həmişə İspaniyada oynamaq istədiyi bildirilib. O, 2020-ci ildə Yunayteddən əvvəl "Atletico Madridə" qoşulmaq ərəfəsində olub. İngilis mətbuatının xəbərinə görə, o, İspaniyada oynamaq arzusunu həyata keçirmək üçün gələn yay Barselonaya qoşulmağı planlaşdırdırır. Lakin "Barca"nın maliyyə vəziyyəti ilə əlaqədar onlar Kavani üçün yaya qədər gözləməli olacaqlar.
Kavani "Old Trafford"da debüt mövsümündə 17 qol vurub.