03.12.2021 16:01
455
16 yaşadək futbolçular arasında Azərbaycan çempionatında qalmaqal yaşanıb.
"CEMPİON.AZ" xəbər verir ki, xoşagəlməz hadisə “Keşlə” – İCBFA oyununda baş verib. “Keşlə”nin futbolçusu Rəvan Ələsgərov 60-cı dəqiqədə rəqibə başla zərbə endirib. Onun kəllə atması kütləvi dava-dalaşa səbəb olub. AFFA-nın İntizam Komitəsi futbolçunu 8 oyunluq cəzalandırıb.
Onun komanda yoldaşı Ramal İsmayılzadə və İCBFA-nın futbolçusu Tağı Nağıyev kütləvi dava-dalaşda iştirak edib. Onların hərəsi 6 oyunluq cəza alıb.