AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"CEMPİON.AZ" xəbər verir ki, toplantıda I divizionun X turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib. Xüsusən də, “Qaradağ Lökbatan” – “Sabah-2” oyununda yaşananlar diqqət çəkib. Meydan sahiblərinin 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra “Sabah”ın futbolçuları stadiondakı dəhlizin qapısının şüşəsini sındırıblar. Bu, bakılıların 240 manat cərimələnməsinə səbəb olub. Vurulmuş zərər “Sabah-2” tərəfindən qarşılanmalıdır. “Sumqayıt-2” – MOİK görüşündə təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibləri 160 manat cərimələnib. “Qarabağ-2” – “Zaqatala” qarşılaşmasında isə polis nümayəndəsi oyunöncəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün birincilər 40 manat cərimə ödəməli olacaq.
BİZİM FUTBOL
"Sabah" oyunçularının qeyri-etik hərəkətinə görə cəzalandırıldı
03.12.2021 16:07
444