çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Konte Perişiçin qaytarılmasını istəyir

04.12.2021 09:58 Oxundu 465


“İnter”in hücumçusu İvan Perişiç İngiltərəyə köçə bilər.
"CEMPİON.AZ"
xəbər verir ki, 32 yaşlı ön xətt oyunçusu “Tottenhem”in gündəmindədir.
Xorvatiya millisinin üzvü Almaniyaya qayıtmaq niyyətində deyil. Hazırkı klubu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparsa da, sabiq çalışdırıcısı Antonio Kontenin yanında yollanmağın da əleyhinə deyil.
Qeyd edək ki, “İnter”lə müqavilə müddəti gələn ilin yayına qədər olan İvan Perişiç cari mövsüm 17 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.