04.12.2021 10:39
443
"Milan"ın baş məşqçisi Stefano Pioli ilə yeni müqavilə imzaladıqdan sonra isveçli hücumçu Zlatan İbrahimoviç "Milan"la müqaviləsini yeniləmək istəyir.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə İbrahimoviç sosial şəbəkə hesabında qeyd edib:
"Əgər Pioli müqaviləni yeniləsə, mən də yeniləyəcəm. O, buna layiqdir, işini yaxşı görür və işləməyə davam etməlidir".
Həmçinin isveçli hücumçu "Milan"ın bu mövsüm İtaliya çempionu olmaq şanslarını dəyərləndirib:
"İndi biz zirvədəyik, amma çalışmalı və yalnız irəli getməliyik. Azarkeşlərimizin çempionata inandığı üçün şadam. Və ümid edirəm ki, onlara bu sevinci yaşada bilərik, kuboklar qazanmalıyıq, əks halda bütün bunlar olmaz".
İbrahimoviçin 40 yaşı var və onun "Milan"la hazırkı müqaviləsi 30 iyun 2022-ci ilə qədərdir. O, bu mövsüm “Milan”ın heyətində 12 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib. 15 turdan sonra Milan klubu 35 xal toplayaraq lider "Napoli"dən 1 xal geri qalaraq İtaliya çempionatının cədvəlində ikincidir.
Qeyd edək ki, Pioli "Milan"la 30 iyun 2023-cü il tarixinədək müqaviləsini yeniləyib.