çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

"Liverpul" İngiltərə kubokunda "Everton"u məğlub edib

04.12.2021 11:57 Oxundu 492


Futbol üzrə İngiltərə çempionatının 14-cü turu çərçivəsində səfərdə "Everton"u qəbul edən "Liverpul" 4:1 hesabı ilə qalib gəlib.

"CEMPİON.AZ"
"TASS"a istinadən xəbər verir ki, qolları "Liverpul"un heyətində Cordan Henderson (9-cu dəqiqə), Məhəmməd Salah (19, 64), Dioqo Jota (79) vurub. "Everton"dan isə Demaray Qrey (38) qola imza atıb. İngiltərə çempionatı çərçivəsində komandalar 205-ci dəfə üz-üzə gəlib. "Liverpul" 79, "Everton" isə 58 oyunda qalib gəlib. 68 görüş heç-heçə başa çatıb. Yurgen Kloppun komandası 31 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Everton” 15 xalla 14-cü yerdədir. Növbəti mərhələdə “Liverpul” dekabrın 4-də “Vulverhempton”la qarşılaşacaq. “Everton” dekabrın 6-da “Arsenal”ı qarşılayacaq.

Digər matçların nəticələri:

"Vest Hem" - "Brayton" - 1:1;
“Vulverhempton” - “Börnli” - 0:0;
“Sauthempton” – “Lester” – 2:2;
"Uotford" - "Çelsi" - 1: 2;
"Aston Villa" - "Mançester Siti" - 1:2