06.12.2021 10:37
456
"Mançester Yunayted" İngiltərə futbol çempionatının 15-ci turunda "Kristal Pelas"ı 1:0 hesabı ilə məğlub edib.
"CEMPİON.AZ" xəbər verir ki, görüş “Old Trafford” stadionunda baş tutub. Qələbə qolunu 77-ci dəqiqədə “Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Fred (Frederiko Rodriqies de Paula Santos) vurub.
"Mançester Yunayted" Premyer Liqada 15 oyunda 24 xalla altıncı yerə yüksəlib. "Kristal Pelas" ardıcıl 3-cü görüşündə məğlub olub və 15 görüşdən sonra 16 xal toplayaraq 13-cü pillədə qərarlaşıb.
“Mançester Yunayted” növbəti matçını dekabrın 11-də “Norviç”lə, dekabrın 8-də isə Çempionlar Liqasında İsveçrə “Yanq Boyz”u ilə evdə keçirəcək. “Kristal Pelas” növbəti matçını dekabrın 12-də “Everton Liverpul”a qarşı oynayacaq.
Qeyd edək ki, “Mançester Yunayted” noyabrın 29-da cari mövsümün sonuna kimi baş məşqçi səlahiyyətlərini icra edən alman mütəxəssis Ralf Ranqnikin rəhbərliyi altında ilk görüşünü keçirib. Daha əvvəl Rangnik Moskvanın "Lokomotiv" futbol klubunun İdman və İnkişaf şöbəsinin rəhbəri vəzifəsində çalışıb. O, İngiltərədə debüt qazanan ilk alman məşqçi olub.