çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Namikin komandası 3:1 hesabı ilə qazandı

06.12.2021 10:52 Oxundu 546


Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə TFF I Liqasında növbəti oyununu keçirib.
"CEMPİON.AZ"
xəbər verir ki, 26 yaşlı forvardın komandası “Bursaspor” XV tur çərçivəsində “Dənizlispor”un qonağı olub. Görüş Namik və komandası üçün uğurlu keçib. Start heyətində meydana daxil olan və 88 dəqiqə mübarizə aparan Ələskərov 40-cı dəqiqədə komandasının ikinci qolunun müəllifi olub. “Bursaspor” isə Dənizlidən 3:1 hesablı qələbə ilə ayrılıb.