06.12.2021 11:11
458
Rusiyalı qrossmeyster Yan Nepomnyaççi Dubayda keçirilən dünya şahmat tacı uğrunda görüşdə 8-ci oyunda dünya çempionu norveçli Maqnus Karlsenə uduzub.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Dünya Şahmat Federasiyasının rəsmi saytında məlumat verilib. Görüşdə Nepomniyaççi qara fiqurlarla oynayıb. Oyun 46-cı gedişdə bitib. Qarşıdurmada hesab 5-3 norveçlinin xeyrinə olub. Daha altı oyun heç-heçə başa çatdı. 9-cu oyun sabah baş tutacaq.
Nepomniyaççi apreldə Yekaterinburqda keçirilən Namizədlər Turnirində qalib gələrək Karlsenlə titul matçını qazanıb. Dünya tacı uğrunda görüş 14 klassik şahmat oyunundan ibarətdir. Əgər bərabərlik olarsa, qalib tay-brekdə müəyyən ediləcək.
Dünya çempionu uğrunda matçın mükafat fondu 2 milyon avrodur.