çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

İbrahimoviç “Mançester Yunayted”dən yazdı

06.12.2021 14:30 Oxundu 452


“Hər kəs “Mançester Yunayted”i dünyanın ən zəngin və güclü klubu kimi tanıyır. Kənardan mənə də elə gəlirdi, ancaq orada özümü dar zehniyyət içində gördüm”.
"CEMPİON.AZ" 
"theathletic" idman saytına istinadən xəbər verir ki, bu sözlər “Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviçə məxsusdur. 40 yaşlı forvard çap olunan “Adrenaline” kitabında “Mançester Yunayted”də olarkən başına gələn maraqlı bir hadisəni yayımlayıb. Həmin yazıda bunlar qeyd olunub: “Bir oyundan əvvəl komanda ilə oteldə idik. Susadığım üçün otaqdakı mini-barı açıb meyvə şirəsi içdim. Matçdan bir müddət sonra evə maaşın çeki gəldi. Adətən o kağıza baxmıram. Amma bu dəfə maraqlı gəldi, baxdım. 1 funt sterlinq kəsildiyini gördüm. Kluba zəng vurub səbəbini soruşdum. Mini-bardan götürdüyüm meyvə şirəsinə görə o pulun kəsildiyini dedilər. İtaliyada əsla belə şey ola bilməz. Bunlar futbolçuların hörmətini qazanan detallardır”.
Zlatan İbrahimoviç 2016-2018-ci illərdə “Mançester Yunayted”in formasını geyinib.