Kolumbiyanın II liqasında "Llaneros" klubu əlavə vaxtda "Union Madqalena"ya qarşı keçirdiyi oyunda ikincilər tərəfindən mübahisəli qol vurulub və "Llaneros" tərəfindən daxili araşdırma elan edilib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə komanda tviter səhifəsi üzərindən məlumat verib. Belə ki, paytaxt Meta komandası evdə 1:0 hesabı ilə qalib gəldiyi halda rəqib tərəfindən 94-cü və 96-cı dəqiqələrdə vurulan qələbə qolları "Union Madqalena"ya birinci diviziona yüksəlmək üçün üç xal qazandırıb. Qarşılaşmadakı son qol zamanı “Llaneros” futbolçularının topu almaq üçün mübarizə aparmaması və topu buraxmaq üçün əllərindən gələni etməsi diqqətdən qaçmayıb. Kolumbiya Peşəkar Futbolçular Birliyi görüşün ardından buna sərt şəkildə narazılığını bildirib. Qurum danışılmış oyun olduğunu düşünərək, bununla bağlı araşdırma aparmağı tələb edib. Bir çox dünya ulduzları da qolla bağlı sosial şəbəkədə paylaşım edərək, narazılığını dilə gətirib. Pley-offu ikinci pillədə tamamlayan “Fortaleza”nın baş məşqçisi isə oyundan sonra mətbuat önündə ağlayaraq, haqlarının yeyildiyini söyləyib.
DÜNYA FUTBOLU
Buraxılan top qarşıdurma yaratdı
06.12.2021 15:10
459