İngiltərənin daha bir klubu sahibini dəyişməyə hazırlaşır.
"CEMPİON.AZ" xəbər verir ki, “Lids”ə yeni müştərilər çıxıb. “49ers Enterprises” Holdinqi Premyer Liqa klubunu tam almağa qərar verib. Milli Futbol Liqasında çıxış edən “San-Fransisko”nun sahibləri indi də Avropada klub almaq niyyətindədirlər. Amerikalılar klubun səhmlərinin 100 faizi və “Elland Roud” stadionunu almaq istəyir. Bu sövdələşmənin dəyəri 400 milyon funt sterlinqdən artıq olacaq. Hətta bu rəqəmin 475 milyona çatması mümkündür. Tərəflər arasında danışıqlar uğurla başlayıb. Alqı-satqının 2024-cü ilin yanvarına qədər rəsmiləşməsi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda klubun səhmlərinin 44 faizi də “49ers Enterprises” məxsusdur. “Lids”in əsas səhmdarı Andrea Radritsianidir. O, klubu 2017-ci ildə 45 milyon funta alıb
DÜNYA FUTBOLU
"Lids" sahibini dəyişir
06.12.2021 16:16
444