06.12.2021 18:00
439
İbrahima Vadji Premyer Liqanın cari mövsümündə ikinci dubluna imza atıb.
"CEMPİON.AZ" xəbər verir ki, “Qarabağ”ın hücumçusu “Sabah”la qarşılaşmada iki qol vurub. O, 5:1 hesabı ilə bitən matçadək vurduğu hər iki topu “Neftçi”nin qapısından keçirmişdi. İbrahima cari mövsümdə bir dəfədən artıq dubl edən 6-cı oyunçudur. Bu futbolçuların hərəsi iki qarşılaşmada buna nail olub. Dubl ustalarının yarısı “Qarabağ”ın üzvləridir. Vadjiyə qədər Filip Ozobiç və Musa Qurbanlı da hərəyə 2 matçda iki qola sevinib. Digər üç oyunçu fərqli klubları təmsil edir. “Neftçi”dən Tiaqo Bezera, “Zirə”dən Davit Volkov və “Sabah”dan Coy-Lens Mikels hərəyə iki dəfə fərqlənib. Lekin çempionatın ən yaxşı bombaridri olan Volkovun hesabında het-trik də var.