çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Qarabağ"la oyunda kapitan sarğısı taxan Lanq özünü ən yaxşı adlandırıb

07.12.2021 10:59 Oxundu 440


Kapitanlıq sarğısını ilk dəfə “Qarabağ”la oyunda taxan və oyuna kapitanlıq edən Kiprin "Omoniya" komandasının yarımmüdafiəşisi Adam Lanq üçün əsl motivasiya olub.
"CEMPİON.AZ"
xəbər verir ki, macarıstanlı futbolçu Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la Bakıda keçirilən (2:2) qarşılaşmada meydana kapitan kimi çıxmasını karyerası üçün əlamətdar hadisə sayır:
“Qarabağ”la oyundan əvvəlki matçda əvəzlənən kapitan sarğını mənə verdi. Bakıda isə ilk dəqiqələrdən kapitan kimi meydana çıxmaq, komandaya liderlik etmək əlavə motivasiya oldu. Baş məşqçi Henninq Berq klubda üçüncü mövsümüm olduğu və Azərbaycanda meydana çıxan ən yaşlı oyunçu olduğum üçün bu addıma əl atdı”.
Qeyd edək ki, son tur öncəsi “Omoniya” 3 xalla H qrupunda üçüncü pillədə qərarlaşır. İkinci yerdə olan “Qarabağ”ın isə aktivində 11 xal var.