Cüdo yığmalarının 2021-ci il üçün yekun medal sıralaması açıqlanıb.
"CEMPİON.AZ" xəbər verir ki, il ərzində beynəlxalq yarışlarda tatami üzərinə çıxan 130 ölkədən 101-nin üzvləri medal qazana bilib. Çempionluq sevinci isə yalnız 69 yığma təmsilçilərinə nəsib olub. Rusiya cüdoçuları ili zirvədə başa vurub. 197 medal qazanan şimallılar 66 qızıla sevinib. Azərbaycan cədvəldə 10-cudur. Cüdoçularımız il ərzində 72 medal qazanıblar. Bunun 19-u qızıl, 18-i gümüş və 35-i bürüncdür. Koronavirus pandemiyası üzündən əksər yarışların baş tutmadığı, cüdoçulaırn tam hazırlıq keçə bilmədiyi 2020-ci ildə yığmamız 24-cü idi. Həmin vaxt idmançılarımız 4 qızıl, 12 gümüş və 17 bürünclə kifayətlənib.
Qeyd edək ki, hesablama zamanı təkcə böyüklər deyil, gənclər, veteranlar və paracüdoçuların da nəticələri nəzərə alınıb.
yer |
ölkə |
qızıl |
gümüş |
bürünc |
1 |
Rusiya |
66 |
52 |
79 |
2 |
Fransa |
57 |
61 |
81 |
3 |
Yaponiya |
45 |
18 |
13 |
4 |
Özbəkistan |
37 |
29 |
54 |
5 |
Qazaxıstan |
35 |
50 |
80 |
6 |
Gürcüstan |
31 |
31 |
44 |
7 |
İtaliya |
30 |
34 |
46 |
8 |
Niderland |
29 |
25 |
55 |
9 |
Braziliya |
29 |
16 |
26 |
10 |
Azərbaycan |
19 |
18 |
35 |