07.12.2021 11:55
479
ABŞ Olimpiya Komitəsi Vaşinqtonun Olimpiadanı diplomatik yolla boykot etmək qərarı fonunda prezident Co Baydenin dəstəyini yüksək qiymətləndirdiyini bildirib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə olimpiya komitəsinin rəhbəri Sara Hirşland məlumat verib:
"Prezidentin və onun administrasiyasının sarsılmaz dəstəyini yüksək qiymətləndiririk və bilirik ki, qışda evdə bizi dəstəkləyəcəklər. Birləşmiş Ştatlar adından yarışmaq şərəfdir və ABŞ komandası bu yarışı həyata keçirməkdə həvəslidir".
Xatırladaq ki, rəsmi Vaşinqton daha əvvəl Çində keçirilən olimpiya oyunlarına diplomatik boykot etsə də, idmançıları Olimpiadaya gedəcəyini açıqlamışdı. Çin səfirliyi isə ştatların siyasi nümayəndələrinin Pekinə dəvət edilmədiyi üçün qəbul olunan bəyanatın mənasını anlamadıqlarını vurğulayıb.
Qeyd edək ki, Sincandakı vəziyyətlə əlaqədar Aİ, ABŞ, Kanada və Böyük Britaniya uyğurların hüquqlarını pozmaqda, etnik azlıqlara təzyiq göstərməkdə və məcburi əməyə cəlb etməkdə ittiham olunan Çinə qarşı sanksiyalar tətbiq edib. ABŞ hesab edir ki, ÇXR-in uyğurlara qarşı hərəkətləri soyqırım kimi qiymətləndirilə bilər. Rəsmi Pekin isə bütün ittihamları qəti şəkildə rədd edir.