07.12.2021 12:40
483


"Mançester Yunayted"in yeni baş məşqçisi Ralf Ranqnik tez bir zamanda komandanın pərdə arxasını bir neçə yeni sima ilə tamamlamaq niyyətindədir.
"CEMPİON.AZ" İngiltərə mətbuatına istinadən xəbər verir ki, Yunayted artıq Kris Armasın məşqçilər heyətinə qoşulması üçün müqavilə imzalayıb. Alman mütəxəssis Armasın ardınca idman psixoloqu Saşa Lensenin "Old Trafford"a qoşulmasını istəyir. Məsələ ilə bağlı artıq razılıq əldə edilib. Hər iki simanın komandaya qoşulması üçün viza məslələrinin həll olunması lazımdır. Lensen artıq komandanın oyunçuları ilə tanış olub.
Qeyd edək ki, "Qırmızı şeytanlar" artıq yeni baş məşqçisinin rəhbərliyi ilə ilk oyununa çıxıb. "Kristal Palas"la keçirilən oyunda mançesterlilər 1:0 hesabı rəqibə qalib gəlib.