07.12.2021 12:51
458
London “Totenhem”inin bir sıra futbolçuları və məşqçilər korpusunun üzvlərində koronavirus aşkarlanıb.
"CEMPİON.AZ" "Futbol.London”a istinadən xəbər verir ki, testləri müsbət çıxan spurslar daha bir PCR testi keçirəcəklər. Məlumatda göstərilir ki, mövsümün əvvəlində klubun iki futbolçusunda koronavirusun olmasından şübhələnildiyi üçün testlər keçiriliblər. Onların nəticəsi qeyri-pozitiv çıxıb.
Qeyd edək ki, "Totenham" cümə axşamı Konfrans Liqasının qrup mərhələsinin finalında Fransanın "Renn" klubunu qəbul edəcək. Bazar günü isə London klubunun səfərdə İngiltərə çempionatında “Brayton”la oyunu keçirməsi planlaşdırılır.