çərşənbə axşamı, 26 noyabr 2024

BİZİM FUTBOL

“Bazel”in keçirdiyi viktorinada “Qarabağ”la bağlı yanlışa yol verildi

07.12.2021 15:16 Oxundu 443


Konfrans Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq “Bazel”də maraqlı viktorina keçirilir.
"CEMPİON.AZ"
xəbər verir ki, komandanın futbolçuları arasında aparılan sorğuda bu dəfə suallar Azərbaycan təmsilçisi ilə bağlı olub. Viktorinanın ilk yarımfinal duelində yarımmüdafiəçi Matias Palasiosla hücumçu Sebastyano Esposito yarışıb. Adıçəkilən oyunçulara 2 sual ünvanlanıb. Aparıcı ilk olaraq “Qarabağ”ın cari mövsümdən əvvəl UEFA-nın beşillik reytinqində hansı mövqedə qərarlaşdığını soruşub. Esposito 154, Palasios isə 78-ci yeri təxmin edib. Düzgün cavab 69-dur. İkinci sual isə “Qarabağ”ın neçə dəfə Azərbaycan çempionluğunu qazanması olub. Burada da Esposito 7, Palasios 9 rəqəmini yazıb. Maraqlıdır ki, “Qarabağ” 8 dəfə qızıl medallara layiq görüldüyü halda isveçrəlilər düzgün cavab kimi 10 çempionluq yazıblar. Görünür, Ağdam klubunun 1988 və 1990-cı illərdə Azərbaycan SSR-nin Respublika çempionluğunu da səhvən nəzərə alıblar. Hərçənd həmin çempionluqlar yalnız SSRİ çempionatının 2-ci liqasına vəsiqə verirdi.
Nəticədə hər iki sualda Matias Palasiosun doğru cavaba yaxın olduğu vurğulanıb və o, qalib elan edilərək, finala yüksəlib.
Qeyd edək ki, dekabrın 9-da “Sankt-Yakob Park”da keçiriləcək “Bazel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Son tur öncəsi hər iki komandanın aktivində 11 xal var.