Şotlandiya həvəskarlar liqası komandalarından olan “Dandi Atletik”in matçında itən top 2 həftə sonra Niderlandda tapılıb.
"CEMPİON.AZ" "thescottishsun"a istinadən xəbər verir ki, sözügedən hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Belə ki, oyun vaxtı futbolçulardan birinin topa qüvvətli zərbə endirməsi nəticəsində top stadionu tərk edərək, Tey çayına düşüb. Top bu müddət ərzində təxminən 650 km yol qət edib. Nəticədə onu Niderlandın Vliland adasında tapıblar.
Topu tapan Ester Verhis adlı şəxs dəri topun üzərində qırmızı rənglə yazılmış "Dandi Atletik" yazısına görə həmin komandanı "Facebook" vasitəsilə asanlıqla tapıb və belə bir post paylaşıb:
"Topunuzumu itirdiniz? Vlieland çimərliyində bir top tapdıq, çox uzun bir yoldan gəlib".
Məsələ sosial şəbəkə istifadəçiləri arasında da müzakirələrə səbəb olub. Futbolsevərlərdən biri "Topa o qədər pis zərbə vurublar ki, başqa ölkəyə gedib". Digər bir istifadəçi isə Serxio Ramosun 2012-ci ildə "Bavariya"ya qarşı oyundakı penaltini xatırladaraq "Serxio Ramos daha bir penalti vurdu" kimi şərhlər yazıblar.
Qeyd edilir ki, Şotlandiya 2017-ci ildə də belə bir oxşar hadisənin şahidi olub. O vaxt "Banks o' Di" klubunun oyunçusunun vurduğu top Di çayına düşərək 1600 kilometr məsafə gedərək Norveç sahilindəki Vanna adasına çatıb.
DÜNYA FUTBOLU
Top gəzintidə - Şotlandiyada vurulan top Niderlandda tapıldı
07.12.2021 15:45
494