07.12.2021 16:20
531
“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində son matçının hakimləri müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, UEFA Azərbaycan təmsilçisinin İsveçrədə “Bazel”lə keçirəcəyi matçı Xorvatiyadan olan hakimlər briqadasına həvalə edib. Dekabrın 9-da “Sankt-Yabok Park”da baş tutacaq qarşılaşmada Fran Yoviç ədaləti qoruyacaq. Ona Xrovye Radiç və Luka Puşiç kömək edəcək. Bakı vaxtı ilə saat 00:00-da start götürəcək görüşdə 4-cü hakim funksiyasını qadın ədalət təmsilçisi İvana Martinçiç yerinə yetirəcək.
Qeyd edək ki, son tur öncəsi aktivində 11 xal olan hər iki komanda pley-offa vəsiqəni təmin edib. “Qarabağ” qrupu birinci pillədə tamamlamaq üçün səfərdə qalib gəlməlidir.