08.12.2021 10:27
502
Paris Sen-Jermeinin hücumçusu Lionel Messi rəsmi karyerasında qolların sayına görə üçqat Dünya Çempionatı braziliyalı Peleni geridə qoyub.
"CEMPİON.AZ" xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində Belçikanın “Brügge” klubu ilə oyunda (4:1) argentinalı hücumçu dubla imza atıb. İdman Statistikaları Fondunun (RSSSF) məlumatına görə, hazırda onun 758 qolu var. Pele peşəkar karyerasında 757 qol vurub.
34 yaşlı argentinalı cari 2021/22 mövsümündə parislilərin heyətində bütün turnirlərdə 14 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, ən çox qol vuranlar siyahısına avstriyalı və çexoslovakiyalı hücumçu Yozef Bikan (805) başçılıq edir. Ondan 4 xal geri qalan Kriştiano Ronaldo isə son matçda vurduğu qollarla adını ikinciliyə yazdırıb. Belə ki, hazırda portuqaliyalı hücumçunun hesabında hazırda 801 qol var.