çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Real Madrid" evdə "İnter"i məğlub edərək pley-offa yüksəlib

08.12.2021 10:41 Oxundu 446

"Real Madrid" Çempionlar Liqasının qrup mərhələsinin sonuncu, altıncı turunda evdə "İnter"i məğlub edərək, birinci yerdən pley-offa yüksəlib.

"CEMPİON.AZ" xəbər verir ki, D qrupunun görüşü 2:0 hesabı ilə başa çatıb. Qaliblərin topunu Toni Kroos (17-ci dəqiqə) və Marko Asensio (79) vurub. 64-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Nikolo Barella qırmızı vərəqə alıb.
Paralel keçirilən görüşdə vaxtından əvvəl Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edən “Şerif Tiraspol” səfərdə Donetsk “Şaxtyor”u ilə heç-heçə edib – 1:1.
Çempionlar Liqasının qrup mərhələsinin yekunlarına görə, “Real” (15 xal, birinci yer) və “İnter” (10 xal, ikinci yer) turnirin 1/8 finalına yüksəlib, “Şerif” (7 xal, üçüncü yer) ) Avropa Liqasının pley-off mərhələsinə yüksəlib, "Şaxtyor" (2) avrokuboklarda dördüncü olub.