“Sabah”da koronavirusa yoluxan məşqçilər və futbolçu sağalıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "apasport.az" saytına Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. Onun sözlərinə görə, noyabrın ayın sonlarında testi pozitiv çıxan 6 nəfər virusdan artıq qurtulub. Komandanın məşqçiləri Vitali Kovalyov, Ruslan Qafitulun, Artur Olenin, Aleksey Malaxov, Vitali Korneyev və gürcüstanlı futbolçusu Mixeil Erqemlidzenin son testi neqativ olub. Onlar həm Azərbaycan kubokunun 1/8 final mərhələsində, həm də Premyer Liqanın XIV turunda iş başında ola biləcəklər.
Qeyd edək ki, dekabrın 11-də ölkə kuboku çərçivəsində “Kəpəz”i qəbul edəcək “Sabah” Premyer Liqada birinci yarının “Səbail”lə (16 dekabr) son görüşünü səfərdə keçirəcək.
BİZİM FUTBOL
“Sabah”da koronavirusla bağlı son durum
08.12.2021 15:52
461