08.12.2021 16:10
494
İtaliyanın "Udineze" klubu baş məşqçisi Luka Qottini istefaya göndərib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Məlumatda göstərilib ki, 54 yaşlı mütəxəssis komandanın uğursuz nəticələri ilə əlaqədar qovulub.
Qeyd edək ki, Luka Qotti 2019-cu ildən "Udineze"də işləyib. Komanda A Seriyasında 16 turdan sonra 16 xalla 14-cü pillədə qərarlaşıb.