09.12.2021 10:03
461
İspaniyanın “Barselona” futbol klubunun baş məşqçisi Xavi Ernandes Çempionlar Liqasında Almaniyanın “Bavariya”sına məğlubiyyətdən sonra bildirib ki, bu oyun futbolçular üçün dönüş nöqtəsi və yeni eranın başlanğıcı olmalıdır.
"CEMPİON.AZ" xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə "Bavariya"ya 0:3 hesabı ilə məğlub olan "Barselona" turnirin 1/8 finalına çıxmaq şansını itirib. Xavi bildirib ki, rəqib komanda daha güclü oyun nümayiş etdirib:
"Onlar daha yaxşı idilər, biz yüksək təzyiq göstərməyə, topu onlardan götürməyə çalışdıq, amma onlar bizə qalib gəldilər. Mən oyunçulara dedim ki, bu, yeni eranın başlanğıcıdır, özümüzdən daha çox şey tələb etməliyik və bu matç əməkdaşlıq və dəyişiklik dinamikası, eləcə də bir çox başqa şeylər üçün dönüş nöqtəsi olmalıdır. Avropa Liqası bizim reallığımızdır. Mən əsəbləşirəm, çox üzülürəm. Bu gün biz sıfırdan başlayacağıq. Və klubu layiq olduğu yerə çatdırmaq üçün çalışacağıq".
Barselona prezidenti Xuan Laporta da vurğulayıb ki, bütün klubu böhrandan çıxmaq üçün birlikdə çalışmaq lazımdır:
“İndi hamımız həmişəkindən daha çox eyni istiqamətdə avar çəkməliyik, oyunçular əllərindən gələni etdilər və daha çoxunu etmək lazımdır".
Qeyd edək ki, “Barselona” sonuncu dəfə 2000-ci ildə UEFA Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilməyib. "Barselona" 2003/04 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində oynamayacaq