çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Pelenin vəziyyəti yaxşılaşıb - qızı danışdı

09.12.2021 10:55 Oxundu 489

Braziliya milli komandasının tərkibində üçqat dünya çempionu olmuş Pelenin qızı Keli Nasimento atasının iki-üç günə xəstəxanadan çıxacağını bildirib.
"CEMPİON.AZ"
"ria.ru"ya istinadən xəbər verir ki, Pele hazırda yoğun bağırsağındakı şişlə əlaqədar San Pauloda xəstəxanada müalicə alır. Qızı bildirib ki, atası müalicə prosedurunu artq tamamlayıb. Və o, iki-üç gün sonra milad bayramı ilə əlaqədar evə qayıdacaq.
Xatırladaq ki, avqustun sonunda Pele müntəzəm müayinə üçün xəstəxanaya yerləşdirilib və onun bağırsaqlarında şiş aşkarlanıb.