09.12.2021 12:02
436
İngiltərə “Tottenhem”i ilə Fransanın “Renn” klubları arasında Konfranslar Liqasının qrup mərhələsinin final, 6-cı turunun oyunu ləğv edilib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. Görüşün ləğv edilməsinə səbəb kimi Tottenhemdə koronavirusun yayılması göstərilib. Çərşənbə günü komandanın baş məşqçisi Antonio Konte səkkiz futbolçunun və beş klub əməkdaşının virusa yoluxduğunu bildirib.
Qeyd edək ki, “Totenhem” beş turdan sonra 7 xalla G qrupunda ikincidir. Kvartetə 11 xalla Renn başçılıq edir. İngiltərə çempionatında dekabrın 12-də "Brayton"la səfərdə oynayacaq londonlular 14 görüşdən 25 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.