İtaliyanın “Atalanta” və İspaniyanın “Vilyarreal” klubları arasında keçiriləcək futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin final oyunu Berqamoda yağan qar səbəbindən təxirə salınıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Vilyarreal"ın mətbuat xidməti məlumat yayıb. Oyunun keçiriləcəyi vaxt daha sonra dəqiqləşdiriləcək.
Komandalar beş turdan sonra 10 xal toplayaraq Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edən İngiltərə “Mançester Yunayted”inin lider olduğu F qrupunda çıxış edir. İkinci yeri “Vilyarreal” (yeddi xal), üçüncü yeri “Atalanta” (6), dördüncü yeri isə İsveçrənin “Yanq Boyz” (4) komandaları tutur.
Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq üçün “Atalanta” “Vilyarreal”ı məğlub etməlidir. İspaniya yığmasını heç-heçə də qane edəcək.
DÜNYA FUTBOLU
Qar ÇL-də "Atalanta" - "Vilyarreal" matçının təxirə düşməsinə səbəb oldu
09.12.2021 12:09
442