09.12.2021 13:07
458
Fransa çempionatının 14-cü turunda “Marsel”lə oyunda azarkeşlərdən birinin qonaqların futbolçusu Dimitri Payetə butulka atması ilə bağlı insidentin araşdırılması nəticəsində “Lion” klubu 1 xal kəsilməklə, həmçinin iki ev matçını tamaşaçısız keçirməklə cəzalandırılıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytında məlumat verilib. Belə ki, rəqibin oyunçusuna zərər yetirildikdən sonra oyunun 5-ci dəqiqəsində dayandırılan görüşün boş tribunalar önündə keçirilməsi qərara alınıb. Həmçinin “Lion”un aktivindən 1 xal silinib.
Lion - Marsel matçı noyabrın 21-də Lionda baş tutub. Lakin birinci hissənin əvvəlində ev sahibi azarkeşin Payetenin başına butulka atması nəticəsində oyun yarımçıq qalıb. Bundan sonra hakim oyunu dayandırmaq qərarına gəlib və komandaları paltardəyişmə otaqlarına göndərilib, matç davam etdirilməyib.
Daha sonra zərər yetirən şəxs iki il sınaq müddəti olmaqla altı ay müddətinə azadlıqdan məhrum edilib və ona həmçinin 5 il müddətinə stadionlara getmək qadağan edilib.
LFP intizam komitəsinin hökmünə əsasən, dekabrın 1-də boş tribuna ilə keçirilən “Reyms”lə oyun (1:2) penaltiyə hesablanmayacaq.
"Lion" Fransa çempionatının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb, hazırda komandanın 22 xalı var.
LFP-nin hökmünə cavab olaraq, "Lion"un rəsmi saytında bir bəyanat yayımlayıb. Bəyanatda klub intizam komissiyasının qərarını qəbuledilməz dərəcədə sərt və idman ədaləti prinsipini təhlükə altına qoyan hesab etdiyi üçün şikayət etmək hüququnu özündə saxlayır.