09.12.2021 13:56
455
İtaliya millisinin baş məşqçisi Roberto Mançini “Mançester Yunayted”in sükanı arxasına keçməyəcək.
"CEMPİON.AZ" xəbər verir ki, mütəxəssis İngiltərə klubu ilə anlaşmadığını açıqlayıb. Mançini Premyer Liqa təmsilçisi ilə razılığa gəldiyi barədə xəbərləri təkzib edib:
“Heç bir İngiltərə klubu ilə razılaşmam yoxdur. Deyilənlər hamısı səhvdir. Mənim yeganə hədəfim İtaliya yığması ilə dünya çempionatına vəsiqə qazanmaq və orada qalib adı üçün mübarizə aparmaqdır”.
Qeyd edək ki, Mançininin mövsümün sonunda Ralf Ranqniki əvəzləyəcəyi iddia olunur.