Fransanın PSJ klubunda çıxış edən Lionel Messinin 2017 - 2021-ci illərdə İspaniyanın "Barselona" futbol klubunda qazandığıortaya çıxarılıb.
"CEMPİON.AZ" "Marca"ya istinadən xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb. Nəşrin yazısında 34 yaşlı hücumçunun 2017-ci ildə imzaladığı müqaviləsinin detallarını üzə çıxarıb. Messinin müqaviləsi 555.237.619 ümumi avro təşkil edir ki, bu da onu "idman tarixinin ən bahalı müqaviləsi" edir və " Barselona" üçün bütün idman bölmələrinin dəyərini iki qat artırır. Bu məbləğ "müxtəlif məqsədlərdən asılı olaraq sabit əmək haqqının, imic hüquqlarının, dərc edilməmiş çoxmilyonlarla dollarlıq bonusların, müavinətlərin və bir sıra dəyişənlərin cəmidir". Messinin sabiq klubunda 4 il ərzində 748 000 000 avro qazandığı ortaya çıxıb.
Məsələyə klub tərəfindən də münasibət bildirilib. "Barselona" müqavilənin detallarının mətbuata klubun sızdırmadığını və nəşri məhkəməyə verəcəyini bəyan edib. İspaniya nəhəngi həmçinin bu prosesdə dünyanın ən yaxşı futbolçusuna hər cür dəstək olacaqlarını da vurğulayıb.
Qeyd edək ki, avqustun 5-də "Barselona"dan ayrılan Lionel Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.
DÜNYA FUTBOLU
İdman tarixinin ən bahalı müqaviləsi onun adıyla bağlanıb
09.12.2021 14:47
422